İddia: Luis Suares “Barselona”dan ayrılır, keçmiş klubuna qayıdır

“Barselona”nın futbolçusu Luis Suares karyerasını Niderlandda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Enso Oliveyra “tvitter” hesabından məlumat yayıb. O, uruqvaylı hücumçunun “Barselona”dan ayrılaraq, “Ayaks”a keçə biləcəyini iddia edib.

2014-cü ildən “Barselona”da çıxış edən Suaresin müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Suares 2007-2011-ci illər aralığında “Ayaks”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button