Peledən Messiyə təbrik: “Ürəyiniz sevgi ilə doludursa…”

“Barselona”nın futbolçusu Lionel Messi bir klubda ən çox qol vuran futbolçu ünvanını qazanıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu “Barselona”dakı qollarının sayını 643-ə çatdırıb. Messidən qabaq bu rekord Braziliya yığmasının sabiq hücumçusu Peledə idi. Braziliyalı keçmiş futbolçu, sosial şəbəkə hesabında Messini rekordu münasibətilə təbrik edib:

“Ürəyiniz sevgi ilə doludursa, yolunuzu dəyişdirmək çətindir. Sənin etdiyin kimi, sevdiyin komandanın formasını hər gün geyinməyin nə olduğunu bilirəm. Bizə evimiz kimi hiss etdirən yerdən daha yaxşı yerin olmayacağını da bilirəm. Tarixi uğuruna görə səni təbrik edirəm. Hər şeydən əlavə, “Barselona”dakı möhtəşəm karyeran üçün də təbriklər. Futbolda bizim kimi komandasına uzun müddət sadiq qalanların sayı azalır”.

İspaniya La Liqasının 14-cü turu çərçivəsində “Valensiya” ilə keçirilən matçda qol vuran Messi, bir klubda vurduğu qolların sayına görə braziliyalı Peleyə çatıb. Argentinalı hücumçu “Barselona”dakı qollarının sayını 643-ə çatdırıb.

Pele Braziliyanın “Santos” komandasının heyətində məhz 643 qola imza atmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button