
“Barselona”nın futbolçusu koronavirusa qalib gəldi
Koronavirusa yoluxan “Barselona”nın müdafiəçisi Samule Umtiti sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Avqutun 14-də futbolçudan götürülən testin nəticəsi müsbət cavab vermişdi. Bu səbəbdən o, Çempionlar Liqasının 1/4 final matçında “Bavariya”ya qarşı görüşü (2:8) buraxmaq məcburiyyətində qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin