Fransalı futbolçu “Barselona”da qalacaq

“Barselona”nın futbolçusu Kleman Lanqle yeni mövsümdə də Kataloniya təmsilçisində çıxış edəcək.

Komanda.az xəbər verir ki, bu barədə fransalı müdafiəçi “Eurosport”a açıqlamasında deyib:

“Ötən yay “Barselona” ilə yeni müqavilə imzaladım. Yeni mövsümdə də klubda qalacam”.

Lanqlenin “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 25 yaşlı müdafiəçi son mövsümdə 48 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button