“Everton” “Barselona”nın futbolçusuna “elçi düşdü”
“Barselona”nın futbolçusu Kleman Lanqle karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, “Everton” klubu 26 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Premyer Liqa təmsilçisinin yaxın zamanda “Barselona” ilə danışıqlara başlayacağı gözlənilir.
Lanqlenin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Fransalı müdafiəçinin “transfermarkt”da dəyəri 25 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin