“Barselona”nın futbolçusu karyerasını bitirmək istəyirmiş

“Barselona”nın və Braziliya millisinin vingeri Rafinya Dias futbolu tərk etmək istədiyini etiraf edib.

27 yaşlı oyunçu tez-tez tənqid olunur və mətbuatda mütəmadi olaraq onun “Barselona”dan gedəcəyi ilə bağlı şayiələr yayılır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Rafinya psixoloji problemlərə görə futboldan uzaqlaşmaq istədiyini bildirib:

“Son vaxtlar şəxsi və peşəkar karyeramdakı problemlərə görə hər şeyi tərk etməyi düşünürdüm. Psixoloji çətinliklərlə, medianın və azarkeşlərin hücumları ilə üzləşmək istəmədiyim üçün futbolu buraxmaq və tərk etmək barədə düşündüm. Oğlumun sayəsində bunun öhdəsindən gəldim. Təsəvvür edirdim ki, oğlum bir gün məni futbolda ilham mənbəyi kimi görəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button