“Yalan xəbərlər görmək məni üzür” – “Barselona”nın futbolçusu
“Barselona”nın futbolçusu Jordi Alba açıqlama verib.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan müdafiəçi, haqqında çıxan “maaşında endirim etmir” iddiaları ilə bağlı bunları deyib:
“Uzun müddətdir mənim haqqımda xəbərlər çıxır. AÇ-2020-dən əvvəl başlamışdı belə söhbətlər. Klub mənimlə iki-üç həftə əvvəl əlaqə saxlayıb. Hər zaman kluba kömək etmək istəmişəm və heç kim buna şübhə ilə yanaşmasın. İstəyən klubun prezidentindən soruşa bilər. Mən hər zaman həqiqəti danışıram. “Barselona”nı sevirəm, burda böyümüşəm. Nümayəndələrim hazırda klub rəsmiləri ilə görüşür.
10 ilimi əsas komandada, 8 ilimi akademiyada keçirmişəm. Bura mənim evimdir və hər zaman kömək etməyə hazıram. İnsanlar istədiklərini düşünə bilər. Niyyətim hər zaman açıq olub. Yalan xəbərlər görmək məni üzür. “Barselona”ya olan hisslərimi göstərə bildiyimi düşünürdüm. Bu klub mənə çox şey verib”.
Bizi Facebook-da izləyin