Pike: “Ronaldo “Barselona”ya keçməyə yaxın idi”
“Barselona”nın futbolçusu Jerar Pike portuqaliyalı hücumçu Kriştiano Ronaldonun 2009-cu ildə Kataloniya təmsilçisinə keçməyə yaxın olduğunu deyib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, məsələ ilə bağlı bunları deyib:
“Ronaldo 2009-cu ildə “Barselona”ya keçməyə yaxın idi. Amma olmadı və o, “Real”la müqavilə imzaladı. Eyni şey Vinisius Juniorun transferində də oldu”.
Ronaldo 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin