“Sevilya” ilə oyun göstərdi ki, “Barselona” hələ yaşayır”
“Barselona”nın futbolçusu Jerar Pike La Liqanın 25-ci turu çərçivəsində “Sevilya”ya qarşı keçirdikləri səfər matçını şərh edib.
Komanda.az xəbər verir ki, “Marca”ya danışan ispan müdafiəçi, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:
“Yaxşı oyun sərgilədiyimiz üçün sevinirik. Son vaxtlar kifayət qədər xoşagəlməz hadisələr yaşadıq, lakin bu qələbədən sonra özümüzlə qürur duya bilərik. “Sevilya” ilə oyun göstərdi ki, “Barselona” hələ yaşayır. Daha çox mübarizə aparmaq üçün bacarığımız və gücümüz var. Vəziyyət ideal olmasa da, komandaya inanıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin