“Ona “qızıl həbsxanaya gedirsən” demişdik” – Pike
“Barselona”nın futbolçusu Jerar Pike keçmiş komanda yoldaşı Neymar haqda maraqlı açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, braziliyalı hücumçu haqda bunları deyib:
“Neymar “Barselona”ya geri qayıdarmı, bilmirəm. Futbolda hər şey ola bilər. Ancaq burdan ayrılanda ona “qızıl həbsxanaya gedirsən” demişdik. Amma indi geri qayıtmaq istəyir.
Prezidentimiz Xose Maria Bartomeuya maliyyə məsələlərinin qaydaya salınması və Neymarın transferi üçün lazım olsa, məvaciblərimizi təxirə sala biləcəyini dedik, ancaq transfer reallaşmadı.
Lionel Messi ilə Antuan Qrizmann çox yaxşı münasibətdədirlər. Media yenə hər şeyi şişirdir. Messi ilə Qrizmann arasında problem yoxdur”.
Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib.
Bizi Facebook-da izləyin