
Pike karyerasını bitirəcəyi klubun adını açıqladı
“Barselona”nın futbolçusu Jerar Pike karyerasını bitirəcəyi klubun adını açıqlayıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi, son klubunun “Barselona” olacağını deyib:
“Hər zaman demişəm ki, sonuncu klubum “Barselona” olacaq. Müqaviləmi tamamlamalıyam, hələ 2022-ci ilə qədər vaxt var. Əhəmiyyətimi itirdiyimi, lazımi səviyyədə olmadığımı görsəm, karyeramı erkən də bitirə bilərəm”.
“Barselona”nın yetirməsi olan Pike, bu mövsüm 15 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin