Pike: “Biz artıq buyuq”
“Barselona”nın futbolçusu Jerar Pike Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bayern”ə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, 0:3 hesabıyla bitən oyunu belə şərh edib:
“Biz artıq buyuq. Dörd-beş futbolçumuzun 18 yaşı var. Bizim həqiqətimiz budur. Qarışıq duyğular yaşayacağımız bir mövsüm olacaq.
Turnirdə favorit olduğumuz vaxtlar var idi, o vaxtlarda da qalib ola bilmədik. Ötən mövsüm kim deyərdi ki, “Çelsi” qalib olacaq? Mövsümün sonuna qədər mübarizə aparacağıq. Buna baxmayaraq, favoritlər arasında olduğumuzu düşünmürəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin