“Nəsə dəyişəcəksə, ayrılmağa hazıram” – Pike

“Barselona”nın futbolçusu Jerar Pike Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan müdafiəçi, 2:8 hesabıyla bitən görüşü belə şərh edib:

“Çox pis vəziyyətə düşdüyümüzü etiraf etməliyik. Tək futbolçular deyil, həm də klub bu vəziyyətdədir. Düzgün yolla hərəkət etmədik, La Liqanı da, Çempionlar Liqasını da qazana bilmədik. Bu gün oynadığımız futbol qəbuledilməzdir. Nəsə dəyişəcəksə, ayrılmağa hazıram. Bu, rüsvayçı məğlubiyyət idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button