“Real”a transfer olunacağıma, ölərəm, daha yaxşı”
“Barselona”nın futbolçusu Jerar Pike açıqlama verib.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan müdafiəçi, Lionel Messinin “qızıl top”u qazanması və PSJ klubuna keçməsi haqda danışıb:
“Messinin ayrıldığı gün çox çətin idi. 16 il onunla bir paltardəyişmə otağını bölüşdük. O, mənim üçün qardaş kimi idi. Tarixin ən yaxşıları bizi tərk etdiyi üçün hazırda “Barselona”da işlər qaydasında getmir”.
Pike, əzəli rəqibləri “Real”a keçməkdənsə, ölməyi seçəcəyini də deyib:
“Real”a transfer olunacağıma, ölərəm, daha yaxşı”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin