AÇ-2020 Rakitiç üçün son olacaq? – açıqlama
“Barselona”nın futbolçusu İvan Rakitiç tezliklə Xorvatiya millisindəki karyerasını bitirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi “Sportske Novosti” nəşrinə açıqlamasında deyib:
“Bəli, AÇ-2020 yığmadakı son turnirim ola bilər. Gəlin real olaq, bu, çox açıqdır. Nə olacağını sonda görəcəyik.
Yığmadan ayrılmağımın bütün komanda üçün daha yaxşı olacağını düşünürəm. Bu barədə məşqçilərimlə də söhbət edəcəm. Gənc oyunçulara kömək etmək lazımdır və bunun üçün əlimdən gələni edəcəm”.
2007-ci ildə Xorvatiya millisində debüt edən Rakitiç, yığmada 106 oyuna çıxıb və 15 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin