Rakitiç seçim qarşısında: ya İngiltərə, ya da…

“Barselona”nın futbolçusu İvan Rakitiç mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacaq.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi cari mövsümdə az şans qazanmağından narahatdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Mançester Siti”nin xorvat futbolçuyla yaxından maraqlandığı və mövsümün sonunda “Barselona”ya 45 milyon avroluq təklif göndərəcəyi bildirilir. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola artıq Rakitiçlə fərdi danışıqlar aparır.

Rakitiçlə “Mançester Siti” ilə yanaşı, “Atletiko” da yaxından maraqlanır. “Marca” nəşri Rakitiçin İspaniyada qalacağı və Madrid klubuna keçəcəyini iddia edib. Rakitiçin ailəsi də Madriddə yaşamaq istəyir və bu səbəbdən, futbolçunun İspaniyanı tərk etməyəcəyi gözlənilir.

2014-cü ildən “Barselona”da forma geyinən Rakitiçin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm La Liqada 20 oyunda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button