“Kartof kisəsi deyiləm, özüm qərarımı verəcəm” – Rakitiç
“Barselona”nın futbolçusu İvan Rakitiç gələcək karyerasıyla bağlı danışıb.
Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan xorvat yarımmüdafiəçi, qərarlarına hörmət edilməsini istəyir:
“Kartof kisəsi deyiləm, özüm qərarımı verəcəm. Mənə ehtiyac duyulan bir yerdə olmaq istəyirəm. Burada olacaqsa, yaxşıdır, olmazsa da, harda olacağıma qərar verəcəm”.
“Barselona” ilə müqaviləsi 2021-ci ilin yayına qədər olan Rakitiçlə “Atletiko” və “Sevilya” yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin