“Frenki de Yonqa Avropanın güclü klublarından təkliflər var”

“Barselona”nın futbolçusu Frenki de Yonqun atası Con de Yonq oğlunun Kataloniya təmsilçisindən ayrılacağı iddiaları haqda danışıb.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan de Yonq, oğluna yaxşı təkliflərin olduğunu deyib:

“Almaniya və İngiltərədə iqlim dəhşətlidir. Frenkiyə Avropanın güclü klublarından təkliflər var. “Barselona”nın pula ehtiyacı olduğunu bilirəm və de Yonqun satışı onlara kömək ola bilər. Amma onun satılacağına inanmıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button