Frenki de Yonq: “Kuman mənim üçün yaxşı məşqçidir”

“Barselona”nın futbolçusu Frenki de Yonq Niderland mətbuatına açıqlama verib.

Komanda.az “nu.nl” saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi, Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman haqda fikirlərini bildirib:

“İndi mətbuatda çox şey yazılır. Hazırda klubdakı şəxslərlə və Kumanla əlaqəm yoxdur. Nə baş verdiyini bilmirəm. Kumanın gedib-getməyəcəyini deyə bilmərəm. Onunla yaxşı münasibətim var. Kuman mənim üçün yaxşı məşqçidir. Ümid edirəm ki, komandada qalacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button