Frenki de Yonq: “Xarakter nümayiş etdirə bilmədik”

“Barselona”nın futbolçusu Frenki de Yonq La Liqanın 12-ci turunda “Selta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, 3:3 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“İkinci hissədə futbol oynamadıq. Düşünürəm ki, xarakter nümayiş etdirə bilmədik. Nəticəni futbolçular dəyişməlidir. Bu oyun bizim üçün çox vacib idi. Təzyiqi artırmalı, rəqibin üzərinə getməliydik. Vacib oyun idi, üst pillələrə qalxmalıydıq. Bərabərlik bizə güclü zərbə oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button