Frenki De Yonq: “Tək çıxış yolumuz…”
“Barselona”nın futbolçusu Frenki de Yonq Çempionlar Liqasında “Benfika”ya (Portuqaliya) 0:3 hesabıyla uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi, yer aldıqları E qrupundan çıxa biləcəklərini deyib:
“Qarşıda oyun çoxdur. Onları qazansaq, şansımız olacaq. Mübarizəyə davam etməliyik. Qrupdan çıxacağımıza inanıram. Birlikdə çalışmalı, bu vəziyyətdən çıxmalıyıq. Tək çıxış yolumuz birlikdə mübarizə aparmaqdır”.
“Barselona” E qrupunda “Benfika”, “Bayern” (Almaniya) və “Dinamo” (Kiyev, Ukrayna) ilə mübarizə aparır. Kataloniya təmsilçisi iki oyundan sonra 0 xalla sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin