“Bəzən “Barselona”nın bu vəziyyətinə çox təəccüblənirəm”
“Barselona”nın futbolçusu Frenki de Yonq açıqlama verib.
Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan niderlandlı yarımmüdafiəçi, komandanın hazırkı durumu ilə bağlı bunları deyib:
“Bəzən “Barselona”nın bu vəziyyətinə çox təəccüblənirəm. Hazırda yaxşı durumda olmasa da, dünyanın ən yaxşı klubu “Barselona”dır”.
De Yonq bu mövsüm “Barselona” ilə 26 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin