Koutinyodan “imtina” xəbərinə reaksiya

“Barselona”nın futbolçusu Filippe Koutinyo La Liqanın 13-cü turunun “Selta” ilə matçında (3:3) meydana çıxmaqdan imtina etməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, Koutinyo, Braziliya mətbuatına açıqlamasında, yayılan xəbərlərin yalan olduğunu deyib:

“Bu xəbəri evə gələndə oxudum. Çox təəccübləndim. Mən peşəkar futbolçuyam və hər zaman olduğum yerdə olanlara hörmətlə yanaşmışam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button