Koutinyonun meneceri London klubu ilə görüşəcək

“Barselona”nın futbolçusu Filippe Koutinyo karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, brazliyalı yarımmüdafiəçi ilə “Arsenal” yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Koutinyonun meneceri “Arsenal”la danışıqlar aparmaq üçün Londona yola düşəcək. “Topçular” 29 yaşlı yarımmüdafiəçini icarəyə götürmək istəyir.

Koutinyo bu mövsüm “Barselona” ilə 16 oyuna çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button