“Barselona”nın futbolçusu “Əl-İttihad”da – Rəsmi

“Barselona”nın yarımmüdafiəçisi Unay Hernandes rəsmən “Əl-İttihad”ın futbolçusu olub.

Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu “Əl-İttihad”la 2028-ci il iyunun 30-na kimi olan müqavilə imzalayıb və onu iki mövsüm uzatmaq imkanı var.

“Barselona” keçmiş oyunçusu üçün 4,5 milyon avro alıb.

Kataloniyalılar 21 turdan sonra İspaniya La Liqasının turnir cədvəlində 42 xalla 3-cü pillədə qərarlaşıb. “Əl-İttihad” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 43 xalla 2-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button