“İnter”ə görə çinlilərə “yox” dedi – “Barselona”nın futbolçusu
“Barselona”nın futbolçusu Arturo Vidal Çindən təklif alıb.
Komanda.az xəbər verir ki, “Şanxay SİPQ” klubu çilili futbolçuya 20 milyon avro qazanacağı 2 illik sözləşmə təklif edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Vidalın “İnter”də forma geyinmək üçün bu təklifi rədd etdiyi bildirilir. 32 yaşlı yarımmüdafiəçi qış fasiləsində A Seriyası klubuna keçmək niyyətindədir.
“Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Vidal, bu mövsüm 9 oyuna çıxıb və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin