“Futbol üçün çox darıxıram” – “Barselona”nın hücumçusu
“Barselona”nın futbolçusu Antuan Qrizmann açıqlama verib.
Komanda.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan 29 yaşlı fransız hücumçu, futbol üçün darıxdığını deyib:
“Özümü təcrid etmişəm, bu, yaxşıdır. Ancaq futbol üçün çox darıxıram. Yarışın nə zaman başlayacağını bilmirəm. Heç məşqlər haqda da məlumatım yoxdur. Avropa çempionatı da təxirə salındı. Bizim milli komanda baxımından bu, yaxşı oldu. Çünki itkilərimiz çox idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin