“Barselona”nın futbolçusu əməliyyat olunacaq

“Barselona”nın futbolçusu Ansu Fati əməliyyat olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Fatinin bu gün əməliyyat olunacağı bildirilib. 17 yaşlı futbolçunun sağalma müddəti 2 ay çəkəcək.

Fati “Barselona”nın İspaniya La Liqasının 9-cu turu çərçivəsində doğma meydanda “Betis”ə 5:2 hesabı ilə qalib gəldiyi oyunda zədələnmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button