“Barselona”nın futbolçusu A Seriyası yolunda

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, xorvat futbolçuyla “İnter” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın yeni müqavilə imzalamaq istəmədiyi Rakitiçin “İnter”lə razılaşdığı da bildirilib.

“Barselona”yla 2021-ci ilə qədər müqaviləsi olan 30 yaşlı yarımmüdafiəçi, bu mövsüm 35 qarşılaşmada iştirak edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button