“Barselona”nın futbolçusu 3 həftə oynamayacaq
“Barselona”nın futbolçusu Serxio Buskets İspaniya La Liqasının 20-ci turunun “Sevilya” ilə görüşündə (3:0) zədələnib. Oyunçu zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçinin sağalması üçün təxminən üç həftə vaxt lazım olacaq. Diaqnozun daha dəqiq müəyyənləşməsi üçün o, tibbi müayinədən keçəcək.
Buskets cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla, 27 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin