Bunu bacaran 2-ci futbolçu oldu – 21-ci əsrdə

“Barselona” İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Atletiko” ilə qarşılaşıb (1:0).

Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, həmin matçda Kataloniya təmsilçisinin heyətində çıxış edən Qavi 50-ci oyununa çıxıb.

Bununla da, o, 21-ci əsrdə bu uğura imza atan ikinci ən gənc oyunçu olub (18 yaş 156 gün). Öncədən “Atletik”in futbolçusu İker Muniain bunu bacara bilib (18 yaş 77 gün).

Qavi bu mövsüm İspaniya La Liqasında 15 matça çıxıb, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button