
“Barselona”nın futbolçusu əməliyyat olunur – 3-4 ay olmayacaq
İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre Ter Ştegen əməliyyat olunacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniyalı futbolçu bu gün dizindən əməliyyat olunacaq.
İspaniya mətbuatı 28 yaşlı futbolçunun 3-4 ay müddətinə yaşıl meydanlardan kənarda qalacağını ehtimal edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin