Messi üçün xüsusi bənd

“Barselona”nın futbolçusu Lionel Messi hər mövsümün sonunda Kataloniya təmsilçisi ilə olan müqaviləsini ləğv edə bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Messi, hər ilin iyunun 30-na qədər müqaviləsini birtərəfli ləğv edə bilər. 32 yaşlı argentinalı oyunçu müqaviləsini ləğv edib, başqa kluba transfer olacağı təqdirdə, “Barselona” bu transferdən pul qazanmayacaq.

“Barselona”da bundan əvvəl Karles Puyol, Xavi və Andres İnyestanın da müqaviləsinə belə maddə qoyulmuşdu. Futbolçularının sədaqətinə inanan “Barselona” rəhbərliyi bu bənddən Messinin də sözləşməsinə əlavə edib.

Messinin “Barselona” ilə hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button