
Fati satılacaq
“Barselona” hücumçu Ansu Fati ilə bağlı planları barədə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu yay transfer pəncərəsində gənc yetirməsini satmaq niyyətindədir.
Fati komandanın məşqçilər heyətinin planlarında yer almayıb və bu səbəbdən, onun klubda qalmasının mənası yoxdur.
O, bu mövsüm “Barselona”nın heyətində 8 matçda iştirak edib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin