“Barselona”nın ev oyunlarını hansı stadionda keçirəcəyi məlum oldu
“Kamp Nou” stadionunun yenidən qurulması zamanı “Barselona” ev oyunlarını 1992-ci il Yay Olimpiya Oyunlarının əsas arenası olan “Levis Companys Olimpiya Stadionu”nda keçirəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, 83 min abonement sahibindən 45 minini biletlə “Barselona” təmin edəcək. Daha 14 min yerin biletləri bilet proqramı vasitəsilə satılacaq.
Məlumata görə, “Barselona” “Olimpiya Stadionu”nda əlavə tribunaların quraşdırılmasını nəzərdən keçirib, lakin şəhər şurası buna razılıq verməyib. Kataloniya klubu uzaqbaşı, tribunaları meydançaya bir qədər yaxınlaşdırmaq üçün qaçış cığırlarından birini götürə bilər.
“Barselona” təmiri 2025-ci ilin sonunda başa çatmalı olan “Kamp Nou”nun yenidən qurulması ilə əlaqədar 2023/2024 mövsümünü başqa stadionda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin