“Real”dan çətin qələbə, “Sevilya” uduzdu
İspaniya La Liqasında 29-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış oyununda “Jirona” “Atletik”lə qarşılaşıb. Bilbao təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.
Turnir cədvəlinin lideri “Barselona” “Espanyol”u sınağa çəkib. Kataloniya derbisində Messinin dublu komandasına inamlı qələbə qazandırıb.
Madrid “Atletiko”su səfərdə “Alaves”lə üz-üzə gəlib. Qonaqlar bu qarşılaşmada darmadağına imza atıblar.
“Real” isə autsayder “Hueska”nı qəbul edib. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.
Turun maraqla gözlənilən qarşılaşmasında “Sevilya” “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə qonaqlar minimal hesabla üstün olublar.
İspaniya La Liqası, 29-cu tur
29 mart
Jirona – Atletik 1:2
Qol: Stuani, 37 – Uilyams, 53. R.Qarsiya, 59.
30 mart
Xetafe – Leqanes 0:2
Qol: Santos, 49. Xuanfran, 83.
Barselona – Espanyol 2:0
Qol: Messi, 71; 89.
Selta – Vilyarreal 3:2
Qol: Aspas, 50; 86-pen. M.Qomes, 71 – Ekambi, 11. Pedrasa, 15.
Alaves – Atletiko 0:4
Qol: Saul, 5. D.Kosta, 11. Morata, 59. Tomas, 84.
31 mart
Levante – Eybar 2:2
Qol: Morales, 5. Roşina, 26 – Eskalante, 19. Enrix, 78.
Rayo Valyekano – Betis 1:1
Qol: De Tomas, 34 – Telyo, 81.
Sevilya – Valensiya 0:1
Qol: Parexo, 45-pen.
Valyadolid – Real Sosyedad 1:1
Qol: Keko, 9 – Oyarzabal, 79.
Real – Hueska 3:2
Qol: İsko, 25. Sebalyos, 62. Benzema, 89 – X.K.Hernandes, 3. Etçeyta, 74.
Bombardir: Lionel Messi (Barselona) – 31 qol.
Bizi Facebook-da izləyin