De Yonq problemi

Frenki de Yonqun müqavilə vəziyyəti “Barselona”nın problemlərindən biri olaraq qalır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu Kataloniya klubunun rəhbərliyi ilə yeni sözləşməni müzakirə etməyə həvəsli deyil.

Tez-tez sıradan çıxan 27 yaşlı yarımmüdafiəçinin oyunundan “Barselona” da razı deyil və onu gələn yay aşağı qiymətə sata bilər.

Kataloniyalılar De Yonqla müqavilənin uzadılmayacağı təqdirdə, növbəti mövsümdə onunla işləmək istəməyəcək. Onun klubla hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button