“Barselona”nın Dalot planı baş tutmaya bilər

“Mançester Yunayted”in portuqaliyalı müdafiəçisi Dioqo Dalot “Barselona”nın marağına baxmayaraq, klubla müqaviləni uzatmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

Daha əvvəl MY ilə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunun Avropanın bir neçə klubunun maraq dairəsində olduğu bildirilirdi.

23 yaşlı Dalot 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununa qədər o, “Milan”da icarə əsasında çıxış edib. Futbolçu karyerasına “Portu”da başlayıb.

Dioqo Dalot bu mövsüm Premyer Liqa və Avropa Liqasında 13 oyunda 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button