“Barselona”nın daha bir müdafiəçisi sıradan çıxdı

İspaniyanın “Barselona” komandasının müdafiəçisi Hektor Belerin zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlmat yayıb.

Xəbərdə bildirilir ki, komandanın bu gün baş tutan səhər məşqində 27 yaşlı müdafiəçinin sol ayağında problem aşkarlanıb. İspaniyalı oyunçu bir neçə testdən keçəcək.

Sentyabrın 1-də “Barselona” ilə azad agent kimi müqavilə imzalamış Belerin, Kataloniya təmsilçisində 2 oyuna çıxıb.

Xatırladaq ki, “Barselona” ötən gün digər müdafiəçisi Ronald Arauxonun da sıradan çıxdığını və əməliyyat olunacağını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button