
“Barselona”nın Çempionlar Liqasındakı qazancı məlum olub
UEFA Çempionlar Liqasının pley-off mərhələsində yerini təmin edən “Barselona”nın gəliri məlum olub.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, kataloniyalılar hazırkı Çempionlar Liqasından ən azı 41,2 milyon avro qazanacaq. Üstəlik, komanda pley-offda uğurla çıxış edərsə, məbləğ xeyli arta bilər.
Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun matçında səfərdə “Benfika”nı 5:4 hesabı ilə məğlub edən “Barselona” fantastik dönüşə imza atıb. Bu nəticə ilə komanda Çempionlar Liqasının 1/8 finalına birbaşa vəsiqəni təmin edib.
Hans-Diter Flikin yetirmələri ümumi mərhələnin son turunda doğma meydanda “Atalanta”nı qəbul edəcək (29 yanvar).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin