
“Barselona”nın zədəli futbolçusunun geri dönəcəyi vaxt məlum olub
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal ciddi zədəsini sağaltmaqda davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun heyətə qayıdışı aprelin sonuna planlaşdırılıb. “Barselona” ciddi zədə almasına baxmayaraq, Bernala inanmaqda davam edir. Yarımmüdafiəçi tez sağalır və Kataloniya klubunun məşqçilər heyəti onun yeni mövsümdə yenidən komandada yer alacağına əmindir.
17 yaşlı futbolçu mövsümə parlaq başlayıb və İspaniya klubunun start heyətində yer almağı bacarıb. Lakin o, avqust ayında çarpaz bağın yırtılması səbəbindən sıradan çıxıb. Bernal bu mövsüm “Barselona”nın heyətində yalnız üç rəsmi oyun keçirməyi bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin