Xavi qəzəblənib

“Barselona”nın baş məşqçisi Xavi La Liqada “Qranada”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan ispan mütəxəssis, 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Biz “Osasuna” ilə matçda da belə şeylə üzləşdik. Topla necə davranacağımızı bilməli və səbirli olmalıyıq. Fərdi səhvlərə görə top itkiləri yaşadıq. Bu məsələdə daha diqqətli davranmalıyıq.

Öz səhvlərimizə görə nəticə belə oldu. Vacib iki xal itirdik. Luk de Yonqun qol vurmasına görə xoşbəxtəm. Amma qələbəni əldən verdiyimiz üçün çox qəzəbliyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button