
“Real” oyunlarını qazanandan sonra bunlar kifayət etməyəcək” – Setyen
“Barselona”nın baş məşqçisi Kike Setyen İspaniya La Liqasının 36-cı turunda “Valyadolid”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Setyen, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Komanda çox yoruldu. Rəqib bizə çox problem yaratdı, amma qol vura bilmədilər, ən əsası da budur. Daha 2-3 qol vura bilərdik. İlk hissədə “Barselona”ya xas futbol oynadıq.
“Barselona” daha yaxşı olmaq üçün əlindən gələni edir, amma “Real” oyunlarını qazanandan sonra bunlar kifayət etməyəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin