“Rəqiblərimizi ciddiyə alıb, ən azı onlar qədər yaxşı olmalıyıq” – Setyen
“Barselona”nın baş məşqçisi Kike Setyen Çempionlar Liqasının 1/8 finalında “Napoli”ni məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Setyen, 3:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Bu ilk addımı atmaq istəyirdik. Komandamız istəkli oyun sərgilədi. Yaxşı oynadıq və qələbəyə layiq idik. Oyun asan olmadı, “Napoli” ağıllı müdafiə olunan komandadır. İtaliyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq”.
Setyen, növbəti mərhələdə “Bavariya”ya rəqib olmaları haqda da danışıb:
“Bu səviyyədə hər komanda güclüdür. Hər oyun bizim üçün çətin olacaq. Həm bizim, həm də rəqiblərimizi çətin oyunlar gözləyir. “Bavariya” da möhtəşəm komandadır, biz də. Əminəm ki, maraqlı görüşlər olacaq. Rəqiblərimizi ciddiyə alıb, ən azı onlar qədər yaxşı olmalıyıq”.
Bizi Facebook-da izləyin