
Valverde “Barselona”nın 2020-dəki hədəfini açıqladı
“Barselona”nın baş məşqçisi Ernesto Valverde Kataloniya təmsilçisinin 2020-ci ildəki hədəfini açıqlayıb.
Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan Valverde, yeni ildə bütün oyunları qazanmaq istədiklərini deyib:
“Barselona”nın 2020-ci ildəki hədəfi hər oyunu qazanmaqdır. Ancaq istənilən komandanın şansa da ehtiyacı olur. İstəklərimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
2017-ci ildən “Barselona”nı çalışdıran Valverdenin müqaviləsi mövsümün sonunda bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin