“Barselona”nın baş məşqçi planı
“Barselona” yeni baş məşqçi təyinatı ilə bağlı qərarını verib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, klub rəhbərliyi daha tanınmış bir məşqçi ilə razılaşa bilməsə, komandanı keçmiş futbolçusu Rafael Markesə tapşıracaq. Klub artıq qərarında qətidir.
Xavi cari mövsümün sonunda “Barselona”dan ayrılacağını elan etdikdən sonra prezident Xuan Laporta və idman direktoru Deku klub üçün inkişaf planı hazırlayıb. Bu plana əsasən, “Barselona” avrokubok təcrübəsi olan məşqçi ilə müqavilə bağlamağa çalışacaq. İdeya reallaşdırılmasa, “Barselona” rəhbərliyi komandanı Markesə həvalə edəcək.
“Barselona”nın hazırkı baş məşqçisi Xavi ötən ay mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin