Kuman bu şərtlə “Barselona”da qala bilər

“Barselona”nın baş məşqçisi Ronald Kuman yeni mövsümdə də komandanı çalışdıra bilər.

Komanda.az xəbər verir ki, niderlandlı mütəxəssis məvacibinin azaldılmasına razı olsa, “Barselona”da qalacaq. Bu barədə “sport.es” saytı məlumat yayıb.

Kumanın məvacibi azaldılsa, yeni mövsümdə qələbələrə görə alacağı mükafatın məbləği artırılacaq.

Kumanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button