“Bütün dünya epizodun penalti olduğunu gördü” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 30-cu turunda “Real”a məğlub olduqları matçı şərh edib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Kuman, 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyuna baxıb, “Barselona”nı dəstəkləyirsənsə, hakimin qərarlarından narazı qalacaqsan. Düzü, ilk hissədə müdafiədə və hücumda yaxşı çıxış edə bilmədik. İkinci hissəyə yaxşı başladıq. Lakin hakim bəzi epizodlarda düzgün qərar vermədi. Martin Breytveytin epizodunda penalti var idi. Hakim daha düzgün anlamaq üçün əlavə vaxt alıb, VAR-a baxmalı idi. Lakin VAR-ın nə üçün İspaniyada işləmədiyini bilmirəm. Bütün dünya epizodun penalti olduğunu gördü”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button