“Messinin hələ də yanımızda olmasına çox şadam” – Kuman
“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 27-ci turu çərçivəsində “Hueska”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan Kuman, 4:1 hesabıyla qələbə qazandıqları görüşü şərh edərkən, komandanın kapitanı Lionel Messinin çıxışını da dəyərləndirib:
“Messi ən yaxşı olduğunu göstərdi. Vurduğu ilk qol fantastik idi. Messi haqlı olaraq “Barselona”nın ən vacib futbolçusu hesab olunur. İllər keçdikcə bunu sübut etdi. Messinin hələ də yanımızda olmasına çox şadam”.
“Barselona”nın “Hueska”nı 4:1 hesabıyla məğlub etdiyi matçda Messi iki qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin