Kuman “Barselona”da qalacağına inanır
“Barselona”nın baş məşqçisi Ronald Kuman komandadakı gələcəyi ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidmətinə müsahibə verən Kuman, yeni mövsümdə də komandada olmaq istədiyini deyib:
“Barselona” rəhbərliyinin mənə olan inamını ilk gündən hiss etdim. Klubla iki illik müqaviləm var və yeni mövsümdə də özümü “Barselona”nın məşqçisi kimi görürəm”.
“Barselona” La Liqada 75 xalla 3-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin